BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Gədəbəy

Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində “Cu”, yəni “cuprum”, mis elementinin latın dilindəki işarəsi yazılıb. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.

Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən Mis əritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. “Simens” şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.

Orta dağlıqda kollu və seyrək meşəli çəmənliklər, enliyarpaqlı meşələr yayılmışdır. Meşələrdə palıd, fıstıq, qafqaz vələsi ağacları üstünlük təşkil edir. Yüksək dağlıq ərazilərdə sübalp və alp çəmənlikləri vardır. Meşələr burada 2000-2500 m-ə qədər yüksəlir. Yüksək dağlıq meşələrin tərkibi, əsasən şərq palıdı, şərq fıstığı, tozağacı, trautvetter ağcaqayını, buasye quşarmudu, adi meşə gilasından ibarət olur. Ərazinin subalp binkiləri 1800- 2600 m yüksəklikləri əhatə edir. Burada qaragilə, topaçiçək əsmə, şərq nəmgülü, adaçayı, alışan lalə, kəpənəkçiçək, yeddi dilimli acıçiçək, keçiqulağı, iberiya ətirşahı və s. Alp yüksəkliyinin əsas bitkiləri taxıllar və çil fəsiləsinə aiddir. Bu bitkilər burada alp xalıları yaradır. Alp xalılarının əsas tərkibini qafqaz zirəsi, şaxduran, qayabağayarpağı, çəmən yoncası, cil, steven zənciotu, sibbaldia, üçdişli zəngçiçəyi, cinotu təşkil edir.