BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Gəncə

Müasir ərəb tarixşünasları «Gəncə» adının ərəb dilindəki Farsca kökənli Xəzinə anlamlı «Kənz» sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə “Cənzə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər” yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və “Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin – xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər Gəncə yox, Qança (və ya Kançə) adlandırılmışdır. Bu sözün ilk komponenti «qan», «kan», «kaan», «xan» türk dillərində hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan – ca (-cə, -ça, -çə) tarixi Azərbaycanın ərazisində çox geniş yılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, «Gəncə», «Qanca», «Kancə» sözləri «xan yeri», «xan məkanı»,«xan yurdu», «xanın, xaqanın oturduğu yer» anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi «Qanja» və «Xan yurt» adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı” yazır. Müasir İran tarixşünasları «Gəncə» adının fars dilindəki «gənc» (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.

Gəncənin populyar turist məkanlarından Nizami məqbərəsi, Gəncə qapıları, Şah Abbas məscidi, İmamzadə türbəsi, Butulkalı ev, Heydər Əliyev Parkı, Göygöl Milli Parkı və Cavad xan türbəsini qeyd etmək olar. Şəhərin tanınmış otellərindən Ramada Plaza Gence, Vego Hotel, My Way Boulevard Hotel, Karvansaray Hotel, Cinema Boutique hotel, Deluxe Hotel və Ganja Hotel-i qeyd etmək olar. Gəncədə 5-dən çox ticarət mərkəzi var. Onlardan Ganja Mall, Xəmsə Mall, Tağıyev Mall və Aura Park Alış-Veriş və Əyləncə Mərkəzini qeyd etmək olar.