BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Tovuz

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variant məlumdur, onlardan biri “Tau Ok uz” Qədim türkcədən (Huncadan) tərcümədə Dağ tayfalarıyıq mənasını verir, ikincisi “Tau ust” qala türkcədən (Huncadan) tərcümədə Dağ üstündə yerləşən qala mənasını verir. Bu iki variantdan daha inandırıcısı İkinci variantdır ki həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavus qalanın adı ilə bağlıdır,qalanın xarabazarlığı hələdə qalmaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş Hun (Hunlar)-Sabir (Sabirlər) türk tayfaları tərəfindən tikilmişdir. Bu faktı bədnam erməni mənbələri də təsdiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar (Karavul) saldılar, qalanı Tauust adlandırdılar, kiçik qalacıqları isə karavulqala adlandırdılar. Tovuz Çar Rusiyasının Azərbaycanı işgalına başlamasınadək (1802-1803) Şəmşəddil sultanlığına aid olub. Tovuz Azərbaycanın futbol mərkəzlərinden biri sayılır. Tovuzun Turan Tovuz komandası Azərbaycan futbolu üçün çoxlu sayda futbolçu hazırlayıb. Təsadufi deyil ki Azərbaycan yığmasının heyətində ən azı 5-6 nəfər “Turan” klubunun yetirmələri hər oyunda çıxış edir. “Turan” Azərbaycan premyer liqasında daimi çıxış edən üç komandadan biridir (“Neftçi”,”Qarabağ”,”Turan”). Lakin çox təəsüf ki Azərbaycan iş adamları tərəfindən bu komandaya diqqət yetirilmir.