BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Zaqatala

Zaqatala ( avar ЧIар), (sax. Закатала) — Azərbaycan Respublikasın ın Zaqatala rayonunun inzibati mərkəzi. 1840-cı ildə şəhər statusu almışdır. Zaqatala rayonu Azərbaycan Respublikasın ın şimal -qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərb dən və şərqd ən Azərbaycan Respublikasın ın Balakən və Qax rayonları ilə həmsərhəddir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Rayon ərazisində 252 mədəniyyət obyekti (mədəniyyət evi, klub‚ kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu.Tarixi abidə və s.) var. Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir – şabalıd , qoz , fındıq , palıd , vələs , qarağac və s. Fauna – maral , dağ keçisi , qaban, ayı, canavar , dovşan , həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur – qırqovul , kəklik , dağ şahini , çalağan , turac , dolaşa və bülbül . Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına malikdir. Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala , Armatay qalası , Cingözqala , Şeytan qalası , Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur. Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII əsrə aid məscidlər, Keloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala , Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi , Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.