BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Atəşgah məbədi

Bakının “Od məbədi” adlandırılan Bakı Atəşgahı Azərbaycanda, Bakı ətrafı Suraxanı qəsəbəsində qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən məbəd hindli və zərdüştilər tərəfindən səcdədah kimi istifadə edilmişdir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Məbəd Suraxanıda neft zavodlarının (sənaye) inşası ilə 1883-cü ildən sonra ibadət yeri olaraq funksiyasını dayandırıb. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

Leave a Reply: