BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Qobustan

Ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Bakıdan 64 km məsafədə, cənub-qərb hissədə yerləşən abidə tariximizin daş yaddaşıdır. Tarixi 40000 il əvvələ gedib çıxan Qobustan qayaüstü rəsmləri ilə məşhurdur. Bu qayalarda qədim insanların ov və rəqs səhnələri, dülgərlik kimi fəaliyyətləri və qayalar üzərində heyvan rəsmləri əks olunub. Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdəndir. 4000 hektardan artıq ərazidə yerləşən Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Leave a Reply: