BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Quba

Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar. Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.

Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar, qəsəbənin hər yerində təmtəraqlı imarətlər ucaldılmışdır. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır. Yaqutun lokallaşdırılmasına görə (1227) “Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər”, ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX-X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372-1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki,  bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir.

Böyük Qafqazın şimal-şərq yamaclarında, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Samur-Dəvəçi ovalığı arasında yerləşir. Rayonun relyefi dağətəyi maili düzənliklər, orta və yüksək dağlıq sahələrdən ibarətdir. Şimal-şərq hissədə Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı yerləşir. Cənub-qərb sərhəd Baş Qafqaz silsiləsinin suayrıcısı boyu keçir. Baş Qafqaz silsiləsinə paralel olaraq Yan silsilə uzanır. Burada Yarımsa, Yerfi, Mıxtökən, Təngə silsilələri qollar formasında ayrılır. Rayon ərazisində Qızılqaya (3726 m), Babadağ (3629 m), Şahnəzər (2874 m) zirvələri yüksəlir. Geoloji yaşına görə Yura, Təbaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Leave a Reply: