BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Yanar dağ

“Yanar dağ” Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. “Yanar dağ” “Pilpilə”, “Bozdağ”, “Qaynarca” və digər adlarla da tanınır. Bura 2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Yanar dağ”a yaxın olan ərazidə zəif vulkan püskürür. Həmin vulkan yerin altından palçıqla bərabər kükürdlü su da ətrafa səpələyir. Bu bulaq Qotur su bulağı adlanır. Hazırda “Yanar dağ”ın ərazisində 3 ədəd yanıb sönmüş təpə var ki, bu da yanma nöqtələrinin müxtəlif yerlərdə olduğunu göstərir.

Leave a Reply: